Braziliya-Argentina oyunu təxirə salındı - VİDEO
DÇ-2022-nin seçmə mərhələsində Braziliya Argentina yığmasını qəbul edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, oyunun başlanmasından dörd dəqiqə sonra matç dayandırılıb - 0:0.
Meydana Braziliya Milli Sağlamlıq Nəzarət Agentliyinin əməkdaşları və polislər daxil olub.
Onların məlumatına görə, Argentina yığmasının dörd futbolçusu karantin rejimini pozaraq ölkəyə daxil olublar.
Bunlar Emiliano Martines, Emiliano Buendia (hər iki futbolçu “Aston Villa”da oynayır), Covanni Lo Çelso, Kristian Romerodur (hər iki futbolçu “Tottenhem”də çıxış edir).
Məlumat üçün bildirək ki, Böyük Britaniyadan Braziliyaya gələnlər 14 gün karantində olmalıdırlar. Lakin adı çəkilən futbolçular karantin rejimini pozublar. Qeyd olunur ki, Argentina yığmasının futbolçuları meydanı tərk ediblər.
Məhz karantin qaydalarının pozulması səbəbindən DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya-Argentina oyunu təxirə salınıb.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...