"Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın 3 idmançısı mübarizəyə start verir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.
Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qadınlar arasında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O bu raundda Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş, 1 bürünc medal var.
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...