"Böyük Dəbilqə": Bu gün Hidayət Heydərov və daha 3 cüdoçu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 4 təmsilçisi Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar. Hər iki idmançının rəqibi Belçikanı təmsil edir.
Süleymanov 1/32 finalda Rey Marinkslə, Heydərov isə 1/16 finalda Zelemxan Batçayevlə üz-üzə gələcək.
Qadın idmançıların yarışında isə azərbaycanlılar 70 kq çəkidə, 1/16 finalda mübarizə aparacaqlar.
Südabə Ağayeva Nino Qulbani (Gürcüstan) ilə Aytac Qardaşxanlı isə Şirincon Yuldoşovayla (Özbəkistan) qarşılaşacaq.
"Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Oxşar xəbərlər
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblə...