"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü bir qızıl, bir bürünc medalla başa vurublar
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.
Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
***20:50
Azərbaycanın cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna Balabəy Ağayev (60 kq) nail olub.
27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
"Liverpul" Mamardaşvili ilə bağlı qərarını verdi
İngiltərənin "Liverpul" klubu gürcüstanlı qapıçı Giorgi Mamardaşvilinin növbəti mövsümü icarə əsasında başqa komandada keçirməsini planlaşdırır. BAKU.WS xəbər v...