Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gələrək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.
Ötən gün isə Turan Bayramov (66 kq) gümüş medal qazanmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
***14:32
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində təsəlliverici görüşə çıxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, 1/4 finalda Gürcüstanı təmsil edən Giorgi Loladzeyə uduzsa da təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.
Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...