Boksçularımız 4 qızıl, 2 gümüş medal qazandı
26
fev
2018
11:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb. Baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Əflatun Babayevlə (52 kq) İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər.BAKU.WS
Oxşar xəbərlər
Erməniyə qalib gələn Azərbaycan cüdoçusu Almaniyada gümüş medal qazandı (VİDEO)
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilir.BAKU.WS-in məlumatına görə, Azərbaycan milli komandasının da iştirak etdiyi mötəbər...