İslamiada: Azərbaycan taekvondoçuları qızıl və gümüş medal qazanıblar
16
may
2017
22:32
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib. BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, ilk gündə 3 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar.
İdmançılarımızdan Fizam Mehtiyev mübarizəni erkən dayandırsa da, komanda yoldaşları Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıblar.
Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Yaprak Erişə qızıl medalı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.
BAKU.WS
Oxşar xəbərlər
İslamiada: Azərbaycan Oyunların dordüncü gününü 18 medalla başa vurub - CƏDVƏL
Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 4-cü gününü 18 medalla başa vurub. Apasport.az saytının məlumatına görə, idmançılarımız 9 qı...