Boksçumuz erməni rəqibini böyük hesabla məğlu edib

22
iyn
2019
16:39
Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan təmsilçimiz Lorenzo Sotomayor ermənistanlı rəqibini böyük hesabla məğlubiyyətə uğradıb.BAKU.WS-in məlumatına görə, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan L.Sotomayor onaltıdabir finalda Qurqen Madoyan ilə üz-üzə gəlib. Boksçumuz erməni rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0.L.Sotomayor səkkizdəbir finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə görüşəcək.
Oxşar xəbərlər
Güləşçimiz Avropa Çempionatının finalında
Azərbaycanın güləşçisi Cəbrayıl Hacıyev İtaliyada keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatının finalına yüksəlib. Dörd güləşçimiz isə bürünc med...
