Benzema Fransa millisinə geri qayıda bilər

Benzema Fransa millisinə geri qayıda bilər
İdman 31

Fransa millisinin sabiq hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatından əvvəl milli komandaya qayıtma ehtimalını istisna etməyib.

BAKU.WS-in məlumatına görə, bu barədə Benzema "LEquipe" nəşrinə açıqlama verib.

"Əgər məni milli komandaya dəvət etsələr, mütləq gələcəyəm. Kim dünya çempionatında oynamaq istəməz ki? Hər kəs bu turnirdə iştirak etmək istəyir. Əgər desəm ki, istəmirəm, bu, yalan olar",-deyə ulduz futbolçu əlavə edib.

Qeyd edək ki, 37 yaşlı forvard hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edir və 2022-ci ildə beynəlxalq karyerasına son qoyduğunu bəyan edib.

O, Fransa millisində 97 matçda çıxış edib, bu oyunlarda 37 qol vurub və 20 məhsuldar sahibi olub. Benzemanın karyerası ərzində göstərdiyi performans, Fransa millisinin hücum xəttində vacib rol oynayıb və ölkənin uğurlarına böyük töhfə verib.

Son xəbərlər