Benzema "Əl-İttihad"da oynamaqdan imtina edir - "Fənərbağça"ya keçir?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə bağlı gələcək planlarını sual altına qoyub.
BAKU.WS xəbər verir ki, təcrübəli futbolçu ona təklif olunan yeni müqavilə şərtlərindən narazı qalıb və komandadan ayrılmağı düşünür.
Fransa mətbuatının, xüsusilə "L"Equipe" nəşrinin yaydığı xəbərə əsasən, Benzemaya illik maaşı 108 milyon avrodan aşağı olan yeni müqavilə təklif edilib. Bu məbləğ hücumçunu qane etməyib və o, özünə qarşı yetərli hörmət göstərilmədiyini düşünərək klubla yollarını ayırmaq niyyətinə düşüb.
Bu səbəbdən futbolçu "Əl-Fəth"ə qarşı keçirilən oyunda iştirak etməyib. Hazırda Benzemanın yenidən Avropa futboluna qayıtması ehtimalı gündəmdədir.
Onunla maraqlanan klublar arasında Türkiyənin "Fənərbağça"sının da adı çəkilir. Razılıq əldə olunacağı təqdirdə, azarkeşlər yaxın zamanda ulduz futbolçunu yenidən Avropa meydanlarında görə bilər.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...