“Barselona” “Mançester Siti”nin kapitanını alır
09
iyn
2023
13:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Barselona” klubu “Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğanın transferini bitirmək üzrədir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Barsa" transferi Çempionlar Liqasının İstanbul finalından sonra açıqlamağı planlaşdırır.
Məlumata görə, “Barselona” 32 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən İ.Gündoğan ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 50 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
İlkay Gündoğan İspaniya nəhəngi üçün güzəştə getdi
"Mançester Siti"nin alman yarımmüdafiəçisi İlkay Gündoğan "Barselona" ilə transfer məsələsində anlaşıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu...