"Barselona" İlkay Gündoğanı transfer edir?

Barselona İlkay Gündoğanı transfer edir?
İdman 143

İspaniya "Barselona"sı "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı heyətinə qatıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalist Viktor Malo məlumat yayıb.

Onun sözlərinə görə, Kataloniya klubu qarşıdakı mövsüm üçün artıq iki transferə imza atıb.

"Mançester Siti" klubundan İlkay Gündoğan və "Atletik"in müdafiəçisi İnyiqo Martinesi transfer edib.

"Barselona"nın baş məşqçisi Xavinin İlkay Gündoğanla birbaşa əlaqə saxladığı da qeyd edilib.

Müqavilələrin rəsmiləşdirilməsi "Barselona"nın maliyyə feyr-pleyi ilə bağlı problemləri səbəbindən gecikə bilər.

Qeyd edək ki, Gündoğanın "Mançester Siti" ilə müqaviləsi 2023-cü ilin iyun ayında başa çatır. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb. O, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər