İlkay Gündoğan İspaniya nəhəngi üçün güzəştə getdi
"Mançester Siti"nin alman yarımmüdafiəçisi İlkay Gündoğan "Barselona" ilə transfer məsələsində anlaşıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" yayıb.
Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatacaq İlkayın İspaniya nəhənginə keçməyə razı olduğu üçün maaşda güzəştə getdiyi bildirilib.
İlk olaraq "Barselona"dan 10,5 milyon avro tələb edən İlkayın 6 milyon avroya razı salındığı iddia edilir.
Baş məşqçi Xavinin israrla komandasında görmək istədiyi 32 yaşlı futbolçunun qısa müddətdə "Barselona" ilə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, alman yarımmüdafiəçi bu mövsüm "Siti"nin heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Barselona" İlkay Gündoğanı transfer edir?
İspaniya "Barselona"sı "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı heyətinə qatıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalis...