Baku TV Messinin Bakıda uşaqlarla görüşü ilə bağlı süjet hazırlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV dünya futbolunun canlı əfsanəsi Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Albanın iştirakı ilə Bakı Kristal Zalında təşkil olunan xeyriyyə tədbiri barədə süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, ulduz futbolçuların səhnəyə çıxışı Bakıdakı uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhid övladları tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
"Neftçi"nin kapitanı, Azərbaycan millisinin əsas qapıçısı Rza Cəfərov da səhnəyə dəvət olunub. Gənc qolkiperin səhnəyə çıxışı da alqışlarla müşayiət olunub.
Qeyd edək ki, tədbirdə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq.
Oxşar xəbərlər
Həbib Nurmaqomedov BƏƏ-də görüntüləndi - Komanda üzvlərini buraxdırmağa gedibmiş
UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüntülənib. BAKU.WS xəbər verir ki, idmançının görüntüləri Usman və Umar Nurmaqo...