Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Bolqarıstan Hindistana qalib gəlib
23
may
2025
19:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bolqarıstan və Hindistan yığmaları D qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada avroplalılar 5:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, günün əvvəlki qarşılaşmalarında Mavritaniya Bəhreyni (2:0), Çad Rumıniyanı (4:2) məğlub edib. Fransa - Özbəkistan (3:3) və İngiltərə - Macarıstan (1:1) görüşlərində qalib müəyyənləşməyib.
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...