Azərbaycanlı məşqçi Türkiyənin məşhur klubunda
Azərbaycanlı məşqçi Asim İbrahimov dünən Türkiyə Super Liqa təmsilçisi "Adanaspor"un idman direktoru təyin edilib. O, klubla 1 illik müqavilə bağlayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, İbrahimov idman direktoru təyin edilsə də, Adana təmsilçisində baş məşqçi funksiyasını yerinə yetirəcək.
Belə ki, "Adanaspor"un artıq növbəti mövsümdən Türkiyə birinci liqasında çıxış edəcəyi dəqiqləşib. Türkiyə Futbol Federasiyasının əsasnaməsinə görə, bu liqada əcnəbi məşqçilərin çalışmasına icazə yoxdu. Məhz buna görə, İbrahimov Adana klubunda idman direktoru kimi işə götürülüb. Lakin o, burda baş məşqçi funskiyasını yerinə yetirəcək.
İbrahimov əvvəllər ölkəmizdə MOİK, "Qaradağ Lökbatan", "İnter", "Turan" və "Neftçi"də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi "Podolye" (Xmelnitski) olub. Mütəxəssis artıq 1 həftədir Adanadadır və komandanın məşqlərini izləyir.
Qafqazinfo məlumatı dəqiqləşdirmək üçün Asim İbrahimovla əlaqə saxlayıb. O, təyinatı ilə bağlı məlumatı təsdiqləyib.
BAKU.WS
Oxşar xəbərlər
Ərəblər "Lig TV"ni aldı: bütün futbol oyunları pulsuz yayımlanacaq (VİDEO)
Qətər şirkəti olan "Bein Media Group" tərəfindən satın alınan "Lig TV" kanalı dünən gecədən etibarən tarix oldu. BAKU.WS-in məlumatına görə, "Lig TV", "Lig TV...