Azərbaycan şahmatçıları Ermənistana qalib gələ bilmədi
04
okt
2018
21:57
Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçirilib.BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Ukrayna və Ermənistanla qarşılaşıb. Hər iki komanda turu qələbəsiz başa vurub. Kişilərdən ibarət yığma Ukraynaya uduzub. Görüşün taleyini üçüncü lövhədə Arkadi Naydiçin ağ fiqurlarla məğlubiyyəti həll edib. Qalan 3 şahmatçı isə heç-heçə ilə kifayətlənib.Bu məğlubiyyətdən sonra 13 xalla 20-ci pilləyə enən Azərbaycan yığması medal şansını itirib.Qadın millisi isə Ermənistanla heç-heçə edib. Komanda üzvlərinin hamısı görüşlərini sülhlə başa vurublar. Bu nəticədən sonra 15 xalla 7-ci pilləyə enən Azərbaycan yığması medal şanslarını son tura saxlayıb.Ümumdünya Şahmat OlimpiadasıX turKişilərAzərbaycan - Ukrayna - 1,5:2,5Şəhriyar Məmmədyarov - Vasili İvançuk - 0,5:0,5Teymur Rəcəbov - Pavel Elyanov - 0,5:0,5Arkadi Naydiç - Yuri Krivoruçko - 0:1Rauf Məmmədov - Ruslan Ponomaryov - 0,5:0,5Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla oynayıb.QadınlarAzərbaycan - Ermənistan - 2:2Günay Məmmədzadə - Elina Danielyan - 0,5:0,5Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan - 0,5:0,5Xanım Balacayeva - Anna Sarqsyan - 0,5:0,5Gülnar Məmmədova - Mariya Kursova - 0,5:0,5Məmmədzadə və Balacayeva ağ, Məmmədyarova və Məmmədova qara fiqurlarla çıxış edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Çinə uduzdu, Ukrayna ilə heç-heçə etdi
Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət yığması Çin kollektivinə uduzub.BAKU.WS xəbər verir ki, hesab 1,5:2,5 olub. Şə...