Azərbaycanlı idmançının UFC-dəki ilk döyüşünün vaxtı bəlli oldu

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun UFC-dəki ilk döyüşünün vaxtı bəlli olub.
BAKU.WS "report”a istinadən xəbər verir ki, bu barədə 28 yaşlı idmançının meneceri Şiraslan Kərimov mətbuat konfransında açıqlama verib.
O bildirib ki, Abbasovun debütü bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq:
“Növbəti döyüş isə dekabrda gözlənilir”, - deyə o əlavə edib.
Kərimov idmançının UFC-yə keçməsi üçün danışıqların 7 ay davam etdiyini bildirib: “2021-ci ilin dekabrında viza aldıq. Əlbəttə, danışıqlar prosesi ağır keçdi. Bazarımız hələlik elə də zəngin deyil. Amerikalılar bunda elə də maraqlı deyildilər. Amma bizə şans verdilər. Düşünürəm ki, digər azərbaycanlı döyüşçülər üçün də yol açdıq”.

Oxşar xəbərlər
Həbib Nurməhəmmədov Nəriman Abbasovun UFC-də çıxışını ABŞ-da müzakirə edəcək
“Nəriman Abbasovun UFC-də çıxış edə bilməsi üçün vizası artıq alınıb. Bu barədə Gənclər və İdman Nazirliyi bizə kömək edib”. BAKU.WS "Oxu.Az"a istinadən xəbər v...