Həbib Nurməhəmmədov Nəriman Abbasovun UFC-də çıxışını ABŞ-da müzakirə edəcək
“Nəriman Abbasovun UFC-də çıxış edə bilməsi üçün vizası artıq alınıb. Bu barədə Gənclər və İdman Nazirliyi bizə kömək edib”.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu MMA idmançısı Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.
O bildirib ki, Nəriman Abbasovun UFC-də çıxış etməsi Həbib Nurməhəmmədovdan asılıdır:
“Xatırlayırsınızsa, Həbib Nurməhəmmədov ötən ay açıqlamasında Nərimana kömək edə biləcəyini açıqlamışdı. Biz də bundan yararlanaraq ona müraciət etdik. Həbib bildirdi ki, bu ayın sonu ABŞ-a gedəcək və orada Nərimanın məsələsini UFC rəhbərliyi ilə müzakirə edəcək. Məhz bundan sonra onun UFC ilə müqavilə bağlayıb-bağlamaması bilinəcək”.
O, UFC məsələsi alınmasa, Rusiyada fəaliyyət göstərən “AMC Fight Nights” ilə yola davam edəcəklərini bildirib:
“Mən açıq oynayıram. “AMC Fight Nights”ın prezidenti Kamil Hacıyevlə də, Həbiblə də danışmışam. Demişəm ki, UFC alınmasa, orada çıxış edəcəyəm. Çünki vaxt itirmək istəmirik. Kamil də bizdən xəbər gözləyir. O da deyib ki, problem yoxdur, işiniz alınmasa, burada Nəriman üçün kəmər döyüşü təşkil etməyə hazırıq”.
Qeyd edək ki, Nəriman Abbasov yüngül çəkidə “AMC Fight Nights” kəmərinin sahibidir. O, sonuncu dəfə Həbib Nurməhəmmədovun yeznəsi Şamil Zavurovu məğlub edərək ardıcıl 12-ci dəfə qələbə qazanıb.
Oxşar xəbərlər
İdmançımızın döyüşündən öncə ermənilər təxribat törətdi - VİDEO
Ermənilər Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasovun Rusiyanın paytaxtı Moskvadakı “AMC Fight Nights 100” turnirindəki görüşündən ö...