Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, yığıncaqda sabiq hakim Anar Niyazov tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Qurum onun müraciətinin təmin edilməməsinə qərar verib. Bununla da İntizam Komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb.
Qeyd edək ki, “danışılmış oyunlarda” iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Bu qərar UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...