“Qarabağ”ın sabiq futbolçusu danışılmış oyunlara görə cəzalandı
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində müxtəlif oyunlar mütəmadi qaydada izlənir.
Qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulur:
Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusuCeyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusuKamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
Oxşar xəbərlər
AFFA Klublar Komitəsi danışılmış oyunları müzakirə edib
AFFA Klublar Komitəsinin (KK) bugünkü iclasında əsas müzakirə mövzusu danışılmış oyunlarla bağlı olub. BAKU.WS-in "Report"a istinadla verdiyi xəbərə görə, bu ba...