AFFA daha 10 nəfəri oyun alqı-satqısına görə cəzalandırdı

AFFA daha 10 nəfəri oyun alqı-satqısına görə cəzalandırdı
İdman 411

AFFA İntizam Komitəsi danışılmış oyunlarla əlaqədar növbəti cəzalar tətbiq edib.

BAKU.WS xəbər verir ki, cəzalar Azərbaycan I Divizionunda çıxış edən “Neftçi-2”, MOİK və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar verilib.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Qaradağ Lökbatan” (I Divizion)

  1. Məmmərzayev Tural – futbolçu

MOİK (I Divizion)

  1. Həsənov Orxan – futbolçu
  2. Ağakərimzadə Yamin – futbolçu
  3. Yaqubzadə Raul – futbolçu

"Forza Neftçi" (Futzal, I Liqa)

  1. Məmmədov Elmir – məşqçi

“Keşlə”

  1. Babayev Mehman - məşqçi
  2. Səfərov Asəf - klub rəsmisi

Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.

Elmin Çobanov, Natiq Səhrətov və Emin Cəfərquliyev hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Son xəbərlər