Azərbaycanda səkkiz futbolçu saxlanıldı

Azərbaycanda səkkiz futbolçu saxlanıldı
Foto
İdman 345

Azərbaycanın I Liqasında çıxış edən "Mingəçevir" klubunun səkkiz futbolçusu oyun alqı-satqısı ilə bağlı mühafizə orqanları tərəfindən saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında AFFA-nın mətbuat katibi Elnur Məmmədli məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını bildirib.

Azərbaycanda səkkiz futbolçu saxlanıldı

"AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə E.Məmmədli bildirib.

Qeyd edək ki, "Mingəçevir" klubunun futbolçuları ilə yanaşı, "Şamaxı"nın da keçmiş iki futbolçusu Adil Nağıyev və Georgi Kantariya ilə bağlı araşdırmalara başlanıb.

Oxşar xəbərlər

Marko Yankoviçin son durumu BİLİNDİ

Marko Yankoviçin son durumu BİLİNDİ

"Qarabağ"ın zədəli yarımmüdafiəçisi Marko Yankoviç komanda ilə birgə məşqlərə qoşulub.  Bunu BAKU.WS-ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacı...

298 İdman 12:10 16 oktyabr 2025

Son xəbərlər