Azərbaycan rəsmiləri Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarını izləyirlər
Azərbaycan rəsmiləri Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarını izləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, güləş yarışları hazırda davam edir.
Bu gün Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə başlayıb.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. S.Süleymanov 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb. Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
M.Stadnik isə 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib. Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.
Görüşləri gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov da canlı izləyir.
Qalereya
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın daha bir güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB - 2
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. "Report"un turnirə e...