Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək
Misli Premyer Liqasında I turun daha iki oyunu bu gün keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:30-da start götürəcək.
Günün ikinci görüşündə "Kəpəz" "Sabah"ın qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq.
Misli Premyer Liqası
I dövrə, I tur
15 avqust (şənbə)
18:30. "Araz-Naxçıvan" – "İmişli"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
20:45. "Sabah" – "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena"
Xatırladaq ki, turun açılış qarşılaşmasında "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. I turun digər matçları 16-17 avqustda keçiriləcək.
Oxşar xəbərlər
"Qalatasaray" Batrakov üçün "Lokomotiv"lə razılığa gəldi
Türkiyənin "Qalatasaray" klubu Moskva "Lokomotiv"ində çıxış edən Aleksey Batrakovun transferi ilə bağlı razılığa gəlib. BAKU.WS xəbər verir ki, bu barədə türkiy...