Azərbaycan millisinin futbolçusu: "İnanırıq ki, mundialın sonunda çempionluq sevinci yaşayacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
İnanırıq ki, mundialın sonunda çempionluq sevinci yaşayacağıq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın minifutbol millisinin futbolçusu Mirmehdi Rzayev Bakıda keçirilən dünya çempionatında Bəhreynlə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Oyunçu bərabərliklə başa çatan qarşılaşmanı şərh edib:
"Əsas hədəfimiz qrupdan çıxmaqdır. Bu görüşdə bəxtimiz gətirmədi. Əlimizə düşən qol fürsətlərindən yararlana bilmədik. Bu meydançada çox məşq etmək imkanımız olmayıb. Rəqib komandanın bəxti gətirdi. Oyunboyu üstün olan tərəf biz idik. Təəssüflər olsun ki, ani səhvdən qapımızda qol gördük. İnanırıq ki, mundialın sonunda çempionluq sevinci yaşayacağıq. Azarkeşlərimizə bizə verdikləri dəstəyə görə öz təşəkkürümü bildirirəm. Onlar bu gün möhtəşəm idilər".
Qeyd edək ki, A qrupunun görüşündə yığma Bəhreynlə heç-heçəyə razılaşıb - 1:1.
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...