Azərbaycan millisinin baş məşqçisi: "Ev sahibi olduğumuz üçün rəqiblər bizə qarşı daha məsuliyyətli hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Ev sahibi olduğu üçün rəqiblər Azərbaycan yığmasına qarşı daha məsuliyyətli hazırlaşırlar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki bunu Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında Bəhreynlə oyundan sonra jurnalistlərə çaıqlamasında deyib.
Mütəxəssis bərabərliklə başa çatan qarşılaşmanı şərh edib:
"İlk oyunun çətin keçəcəyini əvvəlcədən bilirdim. Ev sahibi komanda olduğumuz üçün rəqiblərimiz bizə qarşı daha məsuliyyətli hazırlaşırlar. Növbəti görüşlərdə uğurlu çıxış edərək, qrupu birinci pillədə başa vurmaq istəyirik. Yığma Avropa çempionu olarkən, turnirdəki ilk görüşümüzdə Rumıniya seçməsinə məğlub olmuşduq. Deməzdim ki, bu gün pis çıxış etdik. Sadəcə, bəxtimiz gətirmədi. Qol vurmaq üçün imkanlarımız çox oldu. Təəssüf ki, heç birindən yararlana bilmədik".
Qeyd edək ki, A qrupunun görüşündə yığma Bəhreynlə heç-heçəyə (1:1) razılaşıb.
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...