Azərbaycan liqasının ən dəyərli futbolçuları

Azərbaycan Premyer Liqasında 2024–2025-ci il mövsümündə 10 klub mübarizə aparır.
BAKU.WS-in məlumatına görə, hazırda turnir cədvəlinə Ağdam təmsilçisi "Qarabağ" başçılıq edir.
29 turun nəticələrinə əsasən, "Qarabağ" 22 qələbə və 4 heç-heçə ilə 70 xal toplayaraq turnir cədvəlinin lideridir.
İkinci pillədə 55 xalla "Zirə", üçüncü sırada isə 51 xalla "Araz-Naxçıvan" qərarlaşıb. Son illərin stabil oyun göstərən klublarından biri olan "Turan-Tovuz" isə 44 xalla dördüncü yerdədir. Turnir cədvəlinin ortalarında "Sabah" (36 xal) və "Neftçi" (35 xal) yer alır.
Azərbaycan Premyer Liqasında mübarizə aparan futbolçuların dəyəri maraqla qarşılanır. "Transfermarkt" portalındakı məlumata əsasən, liqada çıxış edən və dəyəri 1 milyon üzərində olan futbolçuların əksəriyyəti "Qarabağ"ın oyunçularıdır.
BAKU.WS-in hazırladığı siyahını təqdim edirik:
Kadi Borges (Qarabağ FK) – 2,5 milyon avro
Leandro Andrade (Qarabağ FK) – 2 milyon avro
Aleksey Kaşuk (Qarabağ FK) – 1,8 milyon avro
Nəriman Axundzadə (Qarabağ FK) – 1,8 milyon avro
Mateuş Koxalski Qarabağ FK) – 1,5 milyon avro
Yassine Benzia (Qarabağ FK) – 1.2 milyon avro
Toral Bayramov (Qarabağ FK) – 1.2 milyon avro
Emmanuel Addai (Qarabağ FK) – 1,2 milyon avro
Pavol Safranko (Sabah) - 1 milyon avro

Oxşar xəbərlər
Avropa çempionu: Ardıcıl üçüncü dəfə bu adı qazanmaq gözəl hissdir
"Şükürlər olsun, ölkəmə medalla qayıtdım". Bu sözləri Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma g...