Azərbaycan idmançıları 2024-cü ildə beynəlxalq yarışlarda rekord sayda medal qazanıblar
Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.
Bu barədə BAKU.WS-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.
Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olunub.
Oxşar xəbərlər
Ronaldo: "Neymar 20 dəqiqədə oyunun taleyini dəyişə bilər"
Braziliya millisinin sabiq hücumçusu, ikiqat dünya çempionu Ronaldo Nazario yığmanın baş məşqçisi Karlo Ançelottinin 34 yaşlı hücumçu Neymarı 2026-cı il dünya ç...