Azərbaycan gimnastları Gimnaziadada finala vəsiqə qazanıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları finala vəsiqə qazanıblar.
BAKU.WS xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak edən təmsilçilərimizdən Sara Əlixanlı və Məryəm Topçubaşova fərdi olaraq həlledici mərhələyə yüksəliblər.
Üçlük proqramında Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova uğuru çıxışları ilə yadda qalıblar.
Qrup hərəkətlərində isə Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya finala adlayıblar.
Qeyd edək ki, Gimnaziadada gimnastika yarışları oktyabrın 26-da başa çatacaq.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupdakı sonuncu oyunda Lixtenşteyni məğlub edib
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. BAKU.WS xəbər verir ki Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfə...