Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb
31
iyl
2026
10:45
Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.
BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.
İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.
Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün "Sabah" 1,000, "Qarabağ" 0,750+, "Zirə" 0,625, "Neftçi" 0,250 əmsal əldə edib.
Oxşar xəbərlər
Dünya çempionatı: Güləşçimiz monqolustanlı rəqibini məğlub edib
40 kq çəki dərəcəsində mübarizə aparan Gülxanım Şirinova Bakıdakı keçirilən güləş üzrə U17 dünya çempionatında təsəlliverici görüşə çıxıb. BAKU.WS Oxu.az-a isti...