Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"

Türkiyə MMN-dən Azərbaycana: Birlikdə güclü, birlikdə qardaşıq
Foto
Siyasət 6

Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 19 Sentyabr - Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri idarədə qəbul edilib.

"Birlikdə güclü, birlikdə qardaşıq.

Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük", - paylaşımda bildirilib.

Türkiyə MMN-dən Azərbaycana:

Son xəbərlər