Avropa Liqasının qalibi məlum oldu - VİDEO

Avropa Liqasının qalibi məlum oldu - VİDEO
Video
İdman 290

Avropa Liqasının final matçı Polşanın Qdansk şəhərində baş tutub.

BAKU.WS xəbər verir ki, İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” klubları üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib.

Unay Emerinin yetirmələri ilk yarıda hesabı açsalar da, İngiltərə təmsilçisi fasilədən sonra hesabda tarazlıq yaradıb. Əlavə vaxtda nə ispaniyalılar, nə də Ole-Qunnar Sulşerin yetirmələri fərqlənib.

Kubokun sahibi oyunsonrası penaltilər seriyasında müəyyənləşib. "Vilyarreal" turnirin qalibi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər