Avropa Kuboku: "Azərreyl" çempion olub
13
okt
2024
20:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərreyl" klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, komanda həlledici matçda Ukraynanın "Sunrise Beach Spors Academy" klubu ilə üz-üzə gəlib.
İki oyundan birində "Azərreyl" (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Ardınca baş tutan qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb.
Oxşar xəbərlər
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb. BAKU.WS xəbər verir ki, turnirin I turunda üz-üzə gələcək komandalar müəyyənləşib. M...