Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
130 kq çəki dərəcəsində çıxış edən idmançı Rza Kayaalpla (Türkiyə) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Şəriəti gümüş medalla kifayətlənib.
87 kq-dakı İslam Abbasov isə bürünc medal qarşılaşmasında Laşa Qobadzeyə uduzaraq (Gürcüstan) beşinci yeri tutub.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
63 kq çəki dərəcəsində çıxış edən idmançı Leri Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədov yarışın gümüş medalına sahib çıxıb.
55 kq-dakı ikiqat qitə çempionu Eldəniz Əzizli eyni raundda Adem Uzuna (Türkiyə) uduzaraq gümüş medalla kifayətlənib.
Bu gün, həmçinin, 130 kq-dakı Sabah Şəriəti finalda Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...
