Avropa çempionatında tarixi nəticəyə imza atan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Cüdoçuları yaxınları, azarkeşlər, ictimaiyyət nümayəndələri, mətbuat nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov isə bürünc medal qazanıblar.
Qalereya
Oxşar xəbərlər
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi
Braziliyalı döyüşçünün UFC rəhbərliyini tənqid etməsi və təşkilatın döyüşləri təbliğ etmə üsulunu manipulyasiya adlandırması müzakirələrə səbəb olub. Coş Hokit...