Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb.
Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.
Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.
Milli 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qarabağ" hücum xəttini onunla gücləndirmək istəyir - YENİ TRANSFER
Ağdamın "Qarabağ" klubu qış transfer pəncərəsi üçün yeni hücumçu axtarışlarını davam etdirir. BAKU.WS-in məlumatına görə, klubun diqqət mərkəzində olan əsas na...