AVRO-2020: İsveç ilk qolla ilk qələbəsini qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO-2020-nin qrup mərhələsi davam edir.
BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, qitə çempionatının 8-ci oyun gününə start verilib.
E qrupunda II turun ilk matçı Sankt-Peterburqda keçirilib. İlk görüşündə İspaniya ilə qolsuz heç-heçə edən İsveç yığması Slovakiyanı sınağa çəkib.
I turda Polşa üzərində gözlənilməz qələbə qazanan slovakiyalılar bu matça qələbə qazanaraq 1/8 finala yüksəlmək arzusu ilə çıxıb. Ştefan Tarkoviçin yetirmələri topa daha çox nəzarət etsə də, skandinaviyalıların azsaylı hücumları daha yaddaqalan olub. Yanne Andersonun komandası 77-ci dəqiqədə hesabı açıb. Emil Forsberq isveçlilərin AVRO-2020-dəki ilk qoluna imza ataraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, tura iyunun 19-da yekun vurulacaq. Turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.
AVRO-2020II tur, 18 iyunE qrupu17:00. İsveç - Slovakiya - 1:0Qol: Emil Forsberq, 77 (pen.)Baş hakim: Daniel Zibert (Almaniya)“Sankt-Peterburq” stadionu
Oxşar xəbərlər
Portuqaliya xal itirdi, Lüksemburqdan qələbə, Türkiyə qarşısıalınmazdır - Gecənin matçları
Bu gün keçirilən 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində II tura start verilib. BAKU.WS matc.az-a istinadən bildirir ki, qarşılaşmalar...