Atletlər kəndinin ilk qonaqları gəldi - FOTOLAR

Atletlər kəndinin ilk qonaqları gəldi - FOTOLAR
Foto
İdman 9321
“XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, iyulun 19-u səhər saatlarında paytaxtımıza gələn ispan atletlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.Qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına Neoplan avtobuslar və miniavtobuslar (Mercedes Sprinter) cəlb edilib.Qeyd edək ki, iyulun 21-27-də Bakıda keçiriləcək Festivalda 48 ölkənin idmançıları 135 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan 122 idmançı ilə təmsil olunacaq. Qonaqların ümumi sayı isə 3900 nəfər təşkil edəcək.Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Son xəbərlər