“Atletiko Madrid” 19 yaşlı hücumçunu 126 milyona aldı

04
iyl
2019
10:41
Bu yay transferlərdə ən aktiv klublardan olan “Atletiko Madrid” tarixinin ən bahalı transferinə imza atıb.BAKU.WS xəbər verir ki, Madrid təmsilçisi “Benfika”nın 19 yaşlı hücumçusu Joau Feliksi 126 milyon avro qarşılığında heyətinə qatıb.Məlumata görə, onunla 5 illik müqavilə imzalayıb.Qeyd edək ki, “Atletiko Madrid” bu yay “Atletiko Paranaense”dən Renan Lodini, “Real Madrid”dən Markos Lyorenteni və “Portu”dan Felipeni də transfer edib.

Oxşar xəbərlər
"Atletiko" Toma Lemarı təqdim edib
“Atletiko” yeni transferi Toma Lemarı ictimaiyyətə təqdim edib. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, transfer Madrid klubuna təxminən 70 milyo...