"Atletiko" Toma Lemarı təqdim edib

30
iyl
2018
22:11
“Atletiko” yeni transferi Toma Lemarı ictimaiyyətə təqdim edib. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, transfer Madrid klubuna təxminən 70 milyon avroya başa gəlib. Fransız futbolçu müqavilə imzaladıqdan sonra fikirlərini bölüşüb: “Burda olmaqdan məmnunam. Səbirsizliklə komanda yoldaşlarım və “Metropolitano”dakı azarkeşlərimizlə görüşəcəyim anı gözləyirəm”. Toma Lemar 2015-18-ci illər aralığında “Monako”da çıxış edib.BAKU.WS

Oxşar xəbərlər
Arda Turanın transferi reallaşdı - Türkiyəyə gəldi
Türk futbolçu Arda Turan yenidən Türkiyəyə qayıdıb. BAKU.WS-in məlumatına görə, "Qalatasaray"dan 2011-ci ildə "Atletiko Madrid"ə transfer olan, buradan da 2015-...