Hafka “Qarabağ”ın rəqibinə Bakıda qonaqlıq verdi: Bahalı içkilər, gecəyarısına kimi davam edən əyləncə…

19
okt
2017
22:09
“Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov ötən axşam Bakıda bahalı restoranların birində “Atletiko Madrid” klubunun rəhbərliyinə qonaqlıq verib.BAKU.WS Azxeber.com-a istinadən xəbər verir ki, “Qarabağ”la oyundan sonra “Hafka” klub rəhbərliyinə və bəzi futbolçulara Bakının bahalı restoranlarından biri olan “Sumax”da qonaqlıq verib. Gecəyarısına kimi davam edən qonaqlıqda bahalı içkilər içilib. “Hafka” qonaqlarına əyləncə də təşkil edib.Mənbənin sözlərinə görə, qonaqlıqda yüksək çinli məmurlar da olub.Qeyd edək ki, sonuncu dəfə 2014-cü ildə Hafiz Məmmədovun təşkilatçılığı ilə “Atletiko” (Madrid) klubunun prezidenti Enrike Serezo, klubun baş direktoru Anxel Gil Marin, komandanın kapitanı Qabi və türkiyəli futbolçu Arda Turan Bakıya gəlmişdi. Həmin il “La Liqa”da çempionluq elan edən klub rəsmiləri özləri ilə birlikdə çempionluq kubokunu da gətirmişdilər.Bundan başqa Hafiz Məmmədov hələ o dövürdən təhlükə altında olan biznesini qorumaq üçün “Land of fire Azerbaijan” layihəsini həyata keçirmiş və bu devizi “Atletiko” (Madrid) klubunun formalarına yazdırtmışdı.BAKU.WS

Oxşar xəbərlər
"Qarabağ"a haqsızlıq edən baş hakim kimdir? (VİDEO)
Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulması...