"Araz-Naxçıvan"ın iki futbolçusu zədələrini sağaldaraq məşqlərə başlayıblar
21
apr
2025
18:08
"Araz-Naxçıvan"ın futbolçuları Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç zədəlrini sağaldaraq məşqlərə başlayıblar.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Kubokunun yaımfinal mərhələsində "Qarabağ"la cavab görüşünə hazırlıqlara qoşulan futbolçuların meydana çıxıb-çıxmayacaqları matç günü məlum olacaq.
Qeyd edək ki, aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" görüşü saat 17:00-da start götürəcək. Komandaların ilk görüşündə Naxçıvan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. BAKU.WS xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimp...