Alexis Sançesdən etiraf - Az qala "Qalatasaray"a gedirdim

Alexis Sançesdən etiraf - Az qala Qalatasaraya gedirdim
İdman 56

İtaliya A Seriyasının komandalarından olan "Udineze"də çıxış edən Aleksis Sançes karyerası ilə bağlı təəccüblü etiraflar edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, çilili ulduz futbolçu "Bir vaxtlar az qala "Qalatasaray"a gedəcəkdim, amma sonda "İnter"ə keçdim" deyib.

"Qalatasaray"da ehtiraslı və yaxşı insanlar var. Futbol dəyişdi. Keçmişdə daha çox ehtiras və peşəkarlıq var idi. Bu gün yalnız marketinq var. Sadəcə yaxşı oyunçu olmaq kifayət deyil, əgər marketinqiniz yoxdursa, digər oyunçular şans qazanır".

"Karyeramda həmişə qələbəyə və çempionluğu hədəfləyən böyük komandalarda oynamışam. Bu şəkildə davam edirəm. Çempionluq və qalibiyyət zehniyyəti olmadan yaşamaq təbiətimə ziddir", - deyə Sançes sözlərini davam etdirib,.

Qeyd edək ki, "Barselona", "Arsenal", "Mançester Yunayted", "İnter" kimi böyük komandalarda çıxış edən təcrübəli hücumçu Avropada parladığı "Udineze" ilə anlaşıb. Aleksis Sançes bu mövsüm İtaliya təmsilçisində 11 matçda iştirak edib. Çilili futbolçu 401 dəqiqə oynadığı bu matçlarda heç bir qol və ya məhsuldar ötürmə edə bilməyib. Sançesin "Udineze" ilə 2026-cı ilə qədər müqaviləsi var.

Son xəbərlər