AFFA "Neftçi"ni 9700 manat cərimələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"la oyunda 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat cərimələnib.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
Bundan başqa, "Neftçi"nin azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə 2-ci dəfə yaşanıb. Bu üzdən bakılılar 6000 manat cəriməyə məruz qalıb.
Azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyindən, "Neftçi" daha 3000 manat cərimə edilib.
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...