AFFA "Neftçi"ni 23 000 manat cərimələyib
AFFA İntizam Komitəsi "Neftçi"ni 23 000 manat cərimələyib.
BAKU.WS xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" – "Turan Tovuz" oyununda azarkeşlərinin təhqiredici pankart açmasına görə Bakı klub 15 000 manat cərimələnib. Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.
Bundan başqa, turun "Şamaxı" – "İmişli" oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.
Eyni aqibəti "Kəpəz" komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu "Zirə" ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.
Oxşar xəbərlər
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblə...