"Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi"nə yekun vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
8-9 may tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən "Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi"nə yekun vurulub.
BAKU.WS xəbər verir ki, gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, üçlük və qrup proqramlarında çıxış ediblər.
Yarışda balacalar və uşaqlar yaş kateqoriyasında gimnastlar fərdi çıxışlarda, böyüklər, gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında gimnastlar üçlük proqramda, yeniyetmələr və böyüklər yaş kateqoriyasında gimnastlar qrup proqramlarında yarışıblar.
Çıxış edən iştirakçılara medallar, diplomlar və Azərbaycan Gimnastika Federasiyası tərəfindən hədiyyələr təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...