Adil Əliyev: Kloppun açıqlamaları məntiqsiz fikirlərdir
13
may
2019
17:58
““Liverpul”un baş məşqçisi Yurgen Kloppun açıqlamaları məntiqsiz fikirlərdir”.BAKU.WS xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Adil Əliyev 29 mayda Avropa Liqasının finalının Bakıda keçiriləcəyini UEFA-nın məsuliyyətsiz addımı kimi qiymətləndirən Kloppun açıqlamasını şərh edərkən bildirib.Deputat deyib ki, ümumiyyətlə Azərbaycanda beynəlxalq yarışmaların keçirilməsinə qısqanclıqla baxan dairələr çoxdur:“Biz həm Birinci Avropa Oyunları, həm İslam Oyunları, həm də “Formula 1” yarışları zamanı bunun şahidi olmuşuq. Həmin yarışlar ərəfəsində Azərbaycanda vəziyyətin qeyri-sabit və təhlükəli olması barədə açıqlamalarla rastlaşmışdıq. O açıqlamalar ölkəmizin imicinə qarşı istiqamətlənmişdi.Lakin hamıya məlumdur ki, bu gün Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi üçün tam şərait formalaşıb. Həyata keçirdiyimiz yarışlar da bunun əyani göstəricisidir”.Millət vəkili Kloppun Azərbaycana birbaşa reysin olub-olmaması ilə təəccüblü sualına isə belə cavab verib:“AZAL elan edib ki, final ərəfəsində dünyanın 40 ölkəsindən birbaşa çarter reysləri təşkil ediləcək. Oyunu izləmək üçün gələcək azarkeşlərin rahatlığını təmin etmək üçün bütün lazımı addımlar atılacaq. Düşünürəm ki, Azərbaycan bu tədbirin təşkilatçılığını layiqincə icra edəcək”.Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında keçiriləcək.Klopp isə finalın Bakı şəhərində təşkil edilməsindən narazı qalıb:“Bakı…Mən heç bilmirəm ora necə getmək olar, ora birbaşa uçuşlar varmı? Bu qərarları bir az ağılla qəbul etmək lazımdır. Amma bu məsuliyyətsizlik kimi görünür. Mən bilmirəm onlar işlərini necə görürlər?”.Fərid Ədalət
Oxşar xəbərlər
Klopp Bakıda keçiriləcək final oyunundan danışdı - Bakı?
Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "Çelsi" arasında keçiriləcək. BAKU.WS İngiltərənin "Liverpul" futbol komandasını...