VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunundan öncə son məşqin və mətbuat konfranslarının vaxtı dəqiqləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, əvvəlcə "Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Tədbir sentyabrın 16-sı Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da "sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün BOS-da "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də start götürəcək.

Qeydiyyatdan keçmiş jurnalistlərə saat 12:00-dan etibarən BOS-dakı media üçün ayrılmış iş otağında oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

BAKU.WS