SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyununun birinci hissəsi başa çatıb.

BAKU.WS xəbər verir ki, Nikosiyadakı GSP stadionunda oynanılan matçın 29-cu dəqiqəsində millimizin üzvü Maksim Medvedev rəqib qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb - 0:1. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə bu hesabla bitib.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.

23:52

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyununun ikinci hissə oynanılır.

Nikosiyadakı GSP stadionunda oynanılan matçın 29-cu dəqiqəsində millimizin üzvü Maksim Medvedev rəqib qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb - 0:1. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə bu hesabla bitib.

23:34

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, Nikosiyadakı GSP stadionunda oynanılan matçın 29-cu dəqiqəsində millimizin üzvü Maksim Medvedev rəqib qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb - 0:1.

22:50

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Kipr-Azərbaycan oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən matçda Azərbaycan millisinin start heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Rəhim Sadıxov və Ramil Şeydayev çıxıblar.

Kipr komandasının ilk onbirliyində isə Haralambos Kiriakidis, Andreas Karo, Valentinos Sielis, Haralambos Kiryaku, Dimitris Xristofi, Pyeros Sotiriu, İoannis Kusulos, Kostas Laifis, Qriqoris Kastanos, Marinos Tsionis və İoannis Pittas yer alıblar.

Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Filip Qlovadır. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edirlər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirir.

C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.

BAKU.WS
VİDEO